📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO Stoltenberqlə bağlı qərar verəcək

2023-07-03 23:01:00

NATO Stoltenberqlə bağlı qərar verəcək

NATO iyulun 4-də NATO-nun baş katibi Yens Stoltenberqin mandatını daha bir il uzatdığını elan edəcək.

Bu barədə Reuters agentliyi dörd diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, o, iyulun 4-də Brüsseldə NATO-dakı daimi nümayəndələrin görüşündə rəsmi təsdiqlənəcək.

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyətləri sentyabrın 30-da başa çatır. \\Redaktor.Az