📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO təyyarələri Şimali Makedoniya səmasında – rəsmən daxil edildi

2021-12-10 16:49:00

NATO təyyarələri Şimali Makedoniya səmasında – rəsmən daxil edildi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinin hava limanından havaya qalxan NATO təyyarələri ölkənin hava məkanında patrul uçuşu həyata keçiriblər. Ölkədəki NATO missiyası tərəfindən həyata keçirilən uçuşlarda alyansın AWACS sistemləri və F-16 təyyarələri iştirak ediblər. Tədbirdə NATO nümayəndələri və digər qonaqlar iştirak ediblər. Bununla da Şimali Makedoniyanın hava məkanı rəsmən NATO-nun hava patrul sisteminə daxil olub.

Şimali Makedonua 2020-ci ilin mart ayında NATO-nun 30-cu üzvü olaraq alyansa qəbul edilmişdi.

 

Hürr Tərcüman