📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO “Tvitter”də Türkiyənin Zəfər bayramını təbrik etdi, sonra yazını sildi

2022-09-01 14:26:00

NATO “Tvitter”də Türkiyənin Zəfər bayramını təbrik etdi, sonra yazını sildi

Hurriyyet.az “Milliyet” nəşrinə istinadla xəbər verir ki, NATO Müttəfiq Quru Qoşunları Komandanlığı (LANDCOM), 30 avqust Zəfər bayramının 100-cü ildönümündə sosial mediada paylaşdığı təbrik yazısını Yunanıstanın etiraz eləməsindən sonra silib.

Bəlli olduğu kimi, Dumlupınar döyüşü Türkiyənin azadlıq müharibəsindəki türk-yunan savaşlarının son döyüşü kimi tarixə düşüb. Döyüş 1922-ci ilin avqust ayının 26-dan 30-na qədər Türkiyənin Kütahya vilayətinin Dumlupınar rayonunda davam edib.

NATO-nun Türkiyənin İzmir şəhərində yerləşən qərargahın 30 avqust tarixində öz “Tvitter” hesabında yazıb: “Biz Türkiyənin Silahlı Qüvvələri və Zəfər gününü bayram edən NATO-da və onun hüdudlarından kənardakı türk müttəfiqlərimizə qoşuluruq”.

Yunanıstanın NATO-dakı daimi nümayəndəsi etiraz edərək, NATO-nun Baş katibinə müraciət edib, bu təbrikin qəbuledilməz olduğunu bildirib.

Bu etirazdan sonra NATO öz təbrik yazısını silib.

Hürr Tərcüman