📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO və "atom" rəhbəri Ukraynaya görə təcili Türkiyəyə gəlir

2022-03-10 17:53:00

NATO və

NATO-nun baş katibi Yens Stoltenberq martın 11-də Türkiyəyə səfər edəcək.

Türkiyəyə səfər edəcək Stoltenberq Antalya Diplomatiya Forumunda iştirak edəcək və burada çıxış edəcək.

NATO-dan verilən məlumata görə, baş katib Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdə regional məsələlər, xüsusən də Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Bundan əlavə olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi də Antalya Diplomatiya Forumunun iştirakçıları arasında olacaq.

Qrossi sosial media hesabından verdiyi açıqlamada Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün təcili olaraq Antalyada danışıqlar aparacağını bildirib.

Ölkə.Az