📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-ya daxil olmaq istəyən İsveçlə Finlandiya Türkiyənin hansı tələbinə rədd cavabı vermişdi?

2022-05-16 16:24:00

NATO-ya daxil olmaq istəyən İsveçlə Finlandiya Türkiyənin hansı tələbinə rədd cavabı vermişdi?

Türkiyənin düşmənlərinin sığınacaqları onunla bir ittifaqda ola bilərlərmi?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO hərbi ittifaqına daxil olmağa çalışan İsveç ilə Finlandiya Türkiyənin terrorçuları təhvil vermək tələblərinə heç zaman müsbət cavab verməyib. Türkiyə indiyə qədər bu iki ölkədən ümumilikdə 33 nəfər FƏTÖ və PKK üzvünü təhvil verməyi tələb eləsə də, onların heç biri qaytarılmayıb.

Türkiyə Finlandiyadan 6-sı FƏTÖ, 6-sı PKK üzvü olan ümumilikdə 12 terrorçunu, İsveçdən isə 10-u FƏTÖ, 11-i PKK üzvü olan ümumilikdə 21 terrorçunu ekstradisiya etməyi tələb edib.

Məhkəmə qərarları və dəlillər əsasında edilən 33 ekstradisiya tələbindən heç birinə müsbət cavab verilməyib. 19 tələbə birbaşa rədd cavabı verilib, 5 tələbə ümumiyyətlə cavab verilməyib. 9 tələblə bağlı cavab gözlənilir.

Ərdoğan “terror yuvaları” adlandırmışdı

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan Finlandiya ilə İsveçin NATO ittifaqına qəbul edilməsi məsələsi ilə bağlı sualın cavabında demişdi: “Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin bu barədə müsbət düşünmürük... Skandinav ölkələrinə gəlincə, təəssüf ki, oralar terror təşkilatlarının mehmanxanasına çevrilib. PKK-sı, DHKPC-si İsveçdə, Hollandiyada yuva salıb. Hətta bir az da irəli getsək, o ölkələrin parlamentlərində yer tutublar. Bu baxımdan bizim müsbət baxmağımız mümkün deyil”.

Hürr Tərcüman