📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib

2022-03-04 16:36:00

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib

Martın 4-də NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüssel şəhərində Alyansın baş qərargahında baş tutub.

NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən öncə açılış nitqində Ukraynada baş verən hadisələrin dayandırılmasının və problemin diplomatik səylərlə həll olunmasının önəmli olduğunu bildirib. O qeyd edib ki, NATO müdafiə Alyansıdır və Rusiya ilə münaqişəyə can atmır.

azertag.az