Navalnaya Rusiya Prezidenti olmaq istəyir
2024-10-21 10:17:47
Hurriyyet.az xəbər verir ki, Yuliya Navalnaya Rusiya Prezidenti olmaq niyyətindədir. O, prezident seçkiləri zamanı namizədliyini irəli sürməyi planlaşdırıb. Mərhum Navalnının xanımı BBC telekanalına müsahibəsində ölkəyə geri döndüyü zaman həbs edilə biləcəyini dərk elədiyini də söyləyib: "Rusiyaya qayıtsam, prezidentliyə namizəd kimi seçkilərdə iştirak edəcəyəm... Lakin ölkəyə geri qayıtdıqdan sonra belə bir qərar verməyin hansı risklər doğuracağını da dərk edirəm".
Hürr Tərcüman