📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Navalnı ilə bağlı SON XƏBƏR

2024-02-16 17:17:48

Navalnı ilə bağlı SON XƏBƏR

Xəbər verdiyimiz kimi,  Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnının ölməsi barədə məlumat yayılıb. Bununla bağlı Rusiyanın Federal Penitensiar Xidmət Yamalo-Nenets dairəsi üzrə idarəsi rəsmi xəbər də verib.

Hurriyyet.az xəbər verir ki, siyasətçinin mətbuat katibi Kira Yarmış Navalnının komandasına belə bir məlumat gəlmədiyini yazıb.

“Alekseyin vəkili indi Xarpa uçur. Hər hansı bir məlumat əldə etdikdən sonra xəbər verəcəyik”, - deyə o qeyd edib.

Siyasətçinin vəkili Leonid Solovyov da “Novaya qazeta”ya müsahibəsində məlumatın təsdiqlənmədiyini bildirib:

“Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. Çərşənbə günü Alekseyin vəkili onun yanında idi. Həmin vaxt o, yaxşı görünürdü”.

Musavat.com