📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Navalnı rəsmən “terrorçu və ekstremist” hesab edildi, bank hesabları donduruldu

2022-01-25 15:25:00

Navalnı rəsmən “terrorçu və ekstremist” hesab edildi, bank hesabları donduruldu

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnının adı terrorçuluq və ekstremist fəaliyyətlə məşğul olan fiziki şəxslərin və təşkilatların siyahısına salınıb.

Məlumat bu gün “Rosinfomoritorinq” tərəfindən verilib.

Qanuna görə, banklar bu siyahıda adı olan şəxslərin vəsaitlərini dondurur və onlara xidmət etməyi dayandırırlar.

Navalnıdan başqa, siyahıya onun yaxın tərəfdarlarının da adları salınıb. 

Hürr Tərcüman