📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Navalnını yenidən cəza kamerasına saldılar: Bu, avqust ayından bəri yeddinci dəfədir

2022-11-01 23:24:00

Navalnını yenidən cəza kamerasına saldılar: Bu, avqust ayından bəri yeddinci dəfədir

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı 11 sutkalıq cəza təcridxanasına salınıb.

O, “Twitter” hesabında bildirib ki, sonuncu dəfə cəza təcridxanasına salınmasından cəmi altı gün keçib.

“Yaxşı, bu kifayətdir. Yoxsa rahatlıq gələ bilər. Yenə 11 sutkalıq cəza təcridxanası. Çünki məşq meydançasını pis təmizləmişəm və leytenant Neymoviçi adı və atasının adı ilə deyil, “leytenant Neymoviç” deyə müraciət etməklə təhqir etmişəm”, - deyə Navalnı qeyd edib. \\Cebhe.info