📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Navalnının cəsədi harada saxlanılır? – Müxalifət liderinin ölümü ilə bağlı yeni iddialar

2024-02-17 17:28:01

Navalnının cəsədi harada saxlanılır? – Müxalifət liderinin ölümü ilə bağlı yeni iddialar

Aleksey Navalnının mətbuat katibi Kira Yarmış onun ölümünü təsdiqləyib.

"Aleksey Navalnı öldürüldü. O, fevralın 16-da yerli vaxtla saat 14:17-də Alekseyin anasına göndərilən rəsmi bildirişdə yazılıb. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexarda olduğunu bildirib", - Yarmış X sosial şəbəkəsində yazıb.

Yarmış dəqiqləşdirib ki, qohumları hələ də Navalnının ölümü ilə bağlı rəsmi nəticələr əldə etməyiblər. Siyasətçinin tərəfdaşları onun cəsədinin dərhal ailəsinə verilməsində israrlıdırlar.

Daha sonra Navalnının vəkili və anası Salexard meyitxanasına gəlib.

"Koloniyanın işlədiyinə və Navalnının cəsədinin orada olduğuna dair verilən zəmanətlərə baxmayaraq, ora bağlıdır. Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng edib. Ona bildiriblər ki, bu gün zəng edən yeddinci şəxsdir. Meyitxanada Alekseyin cəsədi yoxdur,” - Yarmış qeyd edib.

Bu gün səhər saatlarında məlum olub ki, Aleksey Navalnının anası Lyudmila Navalnaya Salexarda uçaraq oğlunun cəza çəkdiyi Xarp kəndindəki 3 saylı “Qütb canavarı” koloniyasına baş çəkib.

“Associated Press”in yaydığı videogörüntülərində maska və gün eynəyi taxmış qadının Navalnının anası olduğu ehtimal edildiyi və iki nəfərin müşayiəti ilə koloniya binasını tərk etdiyi görünür.

Fevralın 16-da Yamalo-Nenets dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının həbsxanada öldüyünü açıqlayıb. Lyudmila Navalnaya oğlunun ölümü ilə bağlı xəbərlərdən cəmi bir neçə gün əvvəl onunla görüşdüyünü söyləyib. Anasının sözlərinə görə, siyasətçi özünü yaxşı hiss edib və səhhətindən şikayət etməyib.

Navalnının səhhətinin yaxşı olması faktını fevralın 15-də siyasətçinin videobağlantı vasitəsilə danışdığı Vladimir Regional Məhkəməsi təsdiqləyib.

“Novaya qazeta Europe” Navalnının cəza çəkdiyi koloniyadakı məhbuslardan biri ilə əlaqə saxladığını iddia edib. Ancaq buna necə naul olduğunu açıqlamayıb. Həmin məhbusa istinadən fevralın 15-də axşam yoxlaması xeyli sürətləndirildiyini, sonra məhbusların kazarmalara aparıldığını, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

“Mənbənin sözlərinə görə, 3 avtomobil axşam və gecə saatlarında “Qütb canavarı” koloniyası ərazisinə daxil olub, lakin onların hansı avtomobillər olduğunu görmək mümkün olmayıb”, – nəşr yazıb.

“Novaya qazeta Europe” iddia edib ki, mənbəsi səhər saatlarında məhbusların əvvəlcədən xəbərdar edilməyən ümumi yoxlamadan keçirildiyini iddia edib. Navalnının koloniyada ölümü yerli vaxtla səhər saat 10-da (Moskva vaxtı ilə 8-də) məlum olub. Eyni zamanda, Yamalo-Nenets Muxtar Dairəsi üzrə FSIN departamenti siyasətçinin ölümünü yerli vaxtla təxminən saat 16:00-da baş verdiyini elan edib.

“Mənbə qeyd edib ki, Navalnının ölümü koloniya rəhbərliyi üçün sürpriz olub və onların çox güman ki, hadisə ilə birbaşa əlaqəsi olmayıb” – deyə, nəşr iddia edib.

azpolitika.info