📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin olunub

2025-12-09 13:01:11

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin olunub

Milli Məclis Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyinatını təsdiqləyib.

Bununla bağlı müvafiq qərar layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə görə, Aidə Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Aidə Hüsyn buna qədər Ali Məhkəmənin hakimi idi.