📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan DSMF-nin sədri bu vəzifəsini itirdi

2024-03-04 10:45:35

Naxçıvan DSMF-nin sədri bu vəzifəsini itirdi

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibindən çıxarılıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Bununla da Nazirliyin kollegiyasının üzvlərinin sayı 15-dən 14-ə endirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri kollegiyanın tərkibinə 2022-ci ildə Baş nazir Əli Əsədovun qərarı ilə daxil edilmişdi.

İqtisadiyyat.az