Naxçıvan gömrükçüləri Nehrəm sakinindən 707 min ədəd siqaret müsadirə etdi
2023-06-24 23:15:00
Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları aksiz markasız, 35 350 qutu (707 000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edib.
Bu barədə Hurriyyet.az-a DGK-dan məlumat verilib.
Məlumata görə, siqaretlər Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.