📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

2023-08-31 22:10:13

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Hurriyyet.Az"a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb",  - məlumatda qeyd edilib.