📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri vəfat etdi

2024-10-08 23:38:33

Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri vəfat etdi

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, o, ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru olub.

Allah rəhmət eləsin!