📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Naxçıvan Universiteti"ndə təqaüdlər verilmir? - AÇIQLAMA

2024-05-22 11:45:01

"Naxçıvan Universiteti"ndə təqaüdlərimiz ikinci aydır ki, verilmir".

Hurriyyet.az xəbər verir ki, bununla bağlı oxu.az-a sözügedən universitetin tələbələrindən müraciət daxil olub.

Məsələ ilə bağlı "Naxçıvan Universiteti"nin rektoru Anar Kazımova sorğu ünvanladıq.

Universitetin rektoru oxu.az-ın sorğusuna cavab olaraq, məlumatı təkzib edib.

 

"Bu şikayətin heç bir əsası yoxdur. Biz aprel ayının ödənişini etmişik, may ayının da sifarişini vermişik, bu gün və ya sabah o da veriləcək. İndiyə kimi bizim universitetdə təqaüdlərin gecikməsi ilə bağlı hər hansı yubanma olmayıb. Əgər hansısa tələbənin belə bir problemi varsa, şəxsən mənə müraciət etsin, məsələnin nə olduğunu araşdıraq", - deyə rektor bildirib.