Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB
2022-05-16 10:19:00
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.
Bu barədə Hurriyyet.az-a AZAL-dan bildirilib.
Məlumata görə, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.
Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.