📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvana uçan təyyarə geriyə qayıtdı - SƏBƏB

2022-05-23 22:49:00

Naxçıvana uçan təyyarə geriyə qayıtdı - SƏBƏB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Hurriyyet.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.