📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvana uçan təyyarə məcburən GERİ QAYITDI

2022-05-06 22:55:00

Naxçıvana uçan təyyarə məcburən GERİ QAYITDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Hurriyyet.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.