Naxçıvana yeni baş nazir təyin olundu - FOTO
2026-02-09 11:42:02
Naxçıvan Muxtar Respublikasına (MR) yeni baş nazir təyin olunub.
Hurriyyet.org Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni baş naziri təyin olunub.
Qeyd edək ki, C.Musayev bundan əvvəl Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı olub.
