📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvana yeni nazir təyin olundu

2023-01-17 15:16:00

Naxçıvana yeni nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.  

Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Yeni naziri kollektivə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.