Naxçıvanda 4 vergi pozuntusu aşkar edildi – Rəsmi
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə aparılan yoxlama və monitorinqlər zamanı 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Hurriyyet.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 2 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınmaması, 1 şəxsin isə vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
yenisabah.az