📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda avtomobil piyadanı vurub

2026-10-18 23:19:52

Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub.

Xəsarət alan 32 yaşlı piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.