📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda ayağının kəsilməsi planlaşdırılan pasiyent Türkiyədə sağaldı

2026-10-16 21:01:40

Naxçıvanda ayağının kəsilməsi planlaşdırılan pasiyent Türkiyədə sağaldı

Naxçıvanda ayağının amputasiyasına qərar verilən xəstə Türkiyənin Iğdır şəhərində uğurlu əməliyyat nəticəsində ayağını itirməkdən xilas olub.

Oxu.Az-ın məlumatına görə, Iğdır Nevruz Erez Dövlət Xəstəxanasında xəstəyə uğurlu "bypass" əməliyyatı aparılıb.

Əməliyyat nəticəsində ayağın qan dövranının bərpasına nail olunub və amputasiyanın qarşısı alınıb.

Qeyd edək ki, hadisə Türkiyə mətbuatında da işıqlandırılıb.