📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda baş həkim işdən çıxarıldı

2023-05-22 15:46:00

Naxçıvanda baş həkim işdən çıxarıldı

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov əmr imzalayıb. 

Digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib. 1978-ci ildə Naxçıvan şəhərində doğulan Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur. 

yenisabah.az