📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda bu qadağa da aradan qaldırıldı – Sürücülərə şad xəbər

2022-12-01 17:34:00

Naxçıvanda bu qadağa da aradan qaldırıldı – Sürücülərə şad xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında (NMR) keçirdiyi anti-korrupsiya əməliyyatlarından sonra yerli hakimiyyətin qoyduğu qeyri-qanuni qadağalar bir-birinin ardınca aradan qaldırılır. 

Hurriyyet.az xəbər verir ki, Azpolitika.info-ya Muxtar Respublikadan verilən məlumata görə, bu gün MR-də daha bir qadağa ləğv edilib - istehsal tarixi 5 ildən köhnə avtomobillərin istismarına qoyulan məhdudiyyətə son verilib.

Qeyd edək ki, bu qadağa Naxçıvan əhalisində ciddi narazılıq yaratsa da, yerli rəhbərlik ictimai etirazlara məhəl qoymamışdı.