📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı

2023-08-15 16:12:00

Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mühasibi, iki şöbə və bir sektor müdiri işdən çıxarılıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, nazirliyin şöbə müdirləri Abdulla Əsgərov və Vüsal Abdullayev, sektor müdiri Murad Babayev və mühasibi Sevindik Vəliyev vəzifələrindən azad olunublar.