Naxçıvanda daş duzun çıxarılması, emalı və qablaşdırılması bərpa olunub
2026-04-29 21:09:52
Naxçıvanda daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub
"Naxçıvan Duz İstehsalı" Məhdud Məsuliyyətli Cəmiyyətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.
Beləliklə, müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.