📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda elektrik sayğacının dəyişdirilməsi üçün 30 AZN tələb edilib – ŞİKAYƏT

2022-12-22 13:53:00

Naxçıvanda elektrik sayğacının dəyişdirilməsi üçün 30 AZN tələb edilib – ŞİKAYƏT

Naxçıvan şəhər, Culfa rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər bildirir ki, DTX Naxçıvanda əməliyyatlara aparmamışdan qabaq, elektrik sayğacının dəyişdirilməyi üçün hər ailədən 30 AZN pul istənilib.

“Rayonun bir hissəsi bu pulu verib, sayğacı dəyişdirib. Bizə çatana kimi, DTX gəldi və rüşvətxorluq dəyandı. İndi sayğacı pulsuz dəyişdirirlər. Bizim üçün maraqlıdır ki, DTX gedəndən sonra necə olacaq?!”, - deyə sakinlər bildirir.

Jalə FAMİLQIZI