📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

2025-06-20 14:03:17

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək.

Hurriyyet.az xəbər verir ki, bu, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir.