📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda itkin düşən hərbçilərin kimliyi bilindi

2023-04-10 15:35:00

Naxçıvanda itkin düşən hərbçilərin kimliyi bilindi

Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olan itkin düşən hərbçilərin kimliyi bəlli olub.

Hurriyyet.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bu şəxslər Axundov Hüseyn Əhliman oğlu və Bəbirov Aqşin Qabil oğludur.

Hərbçilərin ailə üzvləri Meydan TV-yə bildiriblər ki, onlar aprelin 5-də itkin düşüblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin açıqlamasında hərbçilərimizin Şahbuz rayonu istiqamətində yoxa çıxdığı deyilir.