📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb

2023-04-30 00:15:00

Naxçıvanda külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

Bu barədə Hurriyyet.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakinindən müxtəlif adlarda, ümumilikdə 163 600 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.