Naxçıvanda qəza: yaralı var
2024-06-02 00:14:18
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.Az axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Atabəylər" küçəsində qeydə alınıb. 75 BC 601 dövlət nömrə nişanlı "Kia" markalı avtomobil velosipedlə hərəkət edən 2005-ci il təvəllüdlü İbrahimli Okan Hamlet oğlunu vurub.
O Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, xəstəyə sağ dirsək və sağ ayaq qapağının yerdəyişməmiş sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.