📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda silsilə yanğınlar törədən şəxs saxlanılıb

2023-11-18 23:46:55

Naxçıvanda silsilə yanğınlar törədən şəxs saxlanılıb

Şahbuz rayonu Mahmudoba kəndində silsilə yanğınlar törədən şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.Az-ın yerli bürosuna verilən məlumata görə, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan MR DİN əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.