📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda uşaq əməyinin istismarının qarşısı alınıb

2026-02-13 15:27:02

Naxçıvanda uşaq əməyinin istismarının qarşısı alınıb

Naxçıvan Muxtar Respublikasında 1 dəfə uşaq əməyinin qarşısının alınması ilə bağlı monitorinq keçirilib.

Teleqraf xəbər verir ki, bunu Naxçıvan MR-nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Kollegiya iclasında deyib.

O bildirib ki, Komitəyə daxil olan məlumata əsasən, 10 uşağın əməyinin istismarının qarşısı alınıb.

"Babək rayonu üzrə 9 və Kəngərli rayonu üzrə 1 uşaq olmaqla 10 uşaq istismar olunub. İstismarın qarşısı alınaraq həmin uşaqların dərsə davamiyyətləri nəzarətə götürülüb", - o vurğulayıb.