📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda yeniyetmə bıçaqlandı

2026-10-28 11:02:58

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Xəyal Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma başlanıb.