📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda yol qəzası olub, 1 nəfər yaralanıb

2024-07-08 15:31:48

Naxçıvanda yol qəzası olub, 1 nəfər yaralanıb

Naxçıvan şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza nəticəsində “Toyota Land Cruiser Prado” markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.

Hadisə zamanı sürücülərdən biri - Naxçıvan şəhər sakini Alışov Nəriman Zamiq oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.