📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda yüksək vəzifəyə təyin olunan qadın kimdir?

2023-06-19 16:56:00

Naxçıvanda yüksək vəzifəyə təyin olunan qadın kimdir?

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktor müavini - baş həkim təyin olunub. 

Bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, K.Məmmədova 1969-cu ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb. 

Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib. (report)