📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda yüksək vəzifəyə təyinat - Foto

2024-08-01 10:24:59

Naxçıvanda yüksək vəzifəyə təyinat - Foto

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu vəzifəyə Vüsal Novruzov seçilib.

Vüsal Novruzov uzun müddət bank-maliyyə sektorunda rəhbər vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Mərkəzi Bankın Naxçıvan MR idarəsində sədrin köməkçisi olub. Daha sonra "Kapital Bank", "Azər Türk Bank", "Sara İnvest Holdinq", SR Group Company şirkətlərində müxtəlif rəhbər vəzifələrdə işləyib. Yeni vəzifəsinə qədər isə Naxçıvan Dövlət Universitetinin Maliyyə şöbəsinin müdiri olub.

axar.az