📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanda zəncirvari qəza - 5 yaralı var

2026-10-19 10:53:38

Naxçıvanda zəncirvari qəza - 5 yaralı var

Naxçıvanda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net “Qafqazinfo” istinadən xəbər verir ki, qəza şəhərin Topçubaşov küçəsində qeydə alınıb.

“Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobili bir-birinə çırpılıb.

Toqquşma nəticəsində Aysel Zeynalova (2001), Gülyanaq Hacıyeva (1961), Zənibə Seyidova (1983), Sadiq Həsənzadə (2008) və Ülvi Quliyev (2008) xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.