📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

2023-06-14 12:03:00

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Rəmi məlumata görə, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.