📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvandakı mövqelərimiz yenidən atəşə tutuldu

2024-06-14 09:12:57

Naxçıvandakı mövqelərimiz yenidən atəşə tutuldu

İyunun 14-ü saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.