📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvandan Bakıya gətirilərək dindirildiyi deyilən nazirdən AÇIQLAMA

2022-12-10 16:06:00

Naxçıvandan Bakıya gətirilərək dindirildiyi deyilən nazirdən AÇIQLAMA

Ötən gün bir sıra saytlarda Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri, onunla bərabər “Cahan” Şirkətlər Qrupunun prezidenti Vüqar Abbasovun saxlanılaraq dindirilməsi üçün Bakıya gətirildiyi bildirilirdi.

Hurriyyet.az xəbər verir ki, manset.az məsələ ilə bağlı Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında xəbərin yalan olduğunu bildirib.

‘Son dövrlər mənim haqqımda mətbuatda cəfəngiyyatlar yazırlar. Bu məlumat da yalan və cəfəngiyyatdır. Hazırda Naxçıvanda işimin başındayam. Yazılanlar şər və böhtandır.