📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi

2023-07-14 17:55:00

Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi

Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmin idarənin rəis müavini olan polis polkovniki Mahir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.

Qeyd edək ki, Rəşad İsmayılov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad ediləndən sonra həmin posta Süleyman Nemətov təyin edilib.