Naxçıvanın keçmiş ədliyyə nazirinin hakimliyi bitdi
2023-08-10 16:55:00
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.
Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, hakim Məhəmməd Əkbərovun icraatında olan sonuncu cinayət işi üzrə hökm oxunub.
O, yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.
Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.