📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

2026-10-15 21:11:36

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Hurriyyet.net xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin səlahiyətinə verilib.