📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar

2023-06-08 09:41:00

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatəti əsasında verilmiş təqdimata baxılıb.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsi prokurorluğun təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.