📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanla bağlı daha bir dəyişiklik

2023-03-15 23:03:00

Naxçıvanla bağlı daha bir dəyişiklik

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərman imzalandığı gündən qüvvəyə minir. \\Qafqazinfo