📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Naxçıvanla bağlı daha bir şok iddia: biznesmenin maşının kim əlindən alıb?

2024-08-26 14:55:22

Naxçıvanla bağlı daha bir şok iddia: biznesmenin maşının kim əlindən alıb?

Paytaxt Bakıda fəaliyyət göstərən iş adamanın bahalı “Land Rover Defender” markalı avtomobilini Naxçıvanda əlindən alıb “həbs ediblər”.

Hurriyyet.az xəbər verir ki, bu barədə TNS.az-a özəl mənbədən məlumat daxil olub.

Məlumata görə, avtomobili Naxçıvanda yüksək vəzifəli şəxs istifadə edir.

Sahibkar avtomobilinin geri qaytarılması üçün Naxçıvan rəhbərliyinə müraciət etsə də, nəticəsi olmayıb.

TNS həmin avtomobilin Naxçıvanda hansı vəzifəli şəxs tərəfindən iş adamının əlindən alındığını öyrənib.

Ancaq hələlik həmin vəzifəli şəxsin və iş adamının adlarını açıqlamırıq. Mənbə deyir ki, iş admını külli miqdarda ziyana salan, avtomobilini alindən alan vəzifəli şəxsə Naxçıvan əhalisi arasında “canişin” deyirlər: "Hesab edirik ki, bu, çox ciddi məsələdir. Muxtar respublika rəhbərliyi, hüquq-mühafizə orqanları bu məsələni araşdırmalıdır. Redaksiyaya göndərilən faktları, həmin şəxslərin kimliyini aid dövlət orqanlarına təqim edə bilərik.

Həmin vəzifəli şəxslə bağlı redaksiyaya şok məlumatlar göndərilib. Bir sıra dəqiqləşdirmələrdən sonra onun əməllərini, qısa zaman ərzində əldə etdiyi mülklərin siyahısını ictimaiyyətə açıqlayacağıq".

imgimg